​Qaxda ağır qəza: Bir ailənin 3 üzvü...

Baxış sayı:
61

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, magistral yolda iki avtomobil toqquşub.
Hadisə zamanı 1972-ci il təvəllüdlü Zamanov Qamboy Elbrus oğlu və övladları - 2009-cu il təvəllüdlü Zamanov Elgün Qamboy oğlu, 2011-ci il təvəllüdlü Zamanov Elbrus Qamboy oğlu ağır xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. yerləşdirilib. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.