Qaribaşvili yenidən Gürcüstanın baş naziri oldu

Baxış sayı:
530

Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib.

Parlamentin bu gün keçirilən iclasında 89 deputat yeni hökumətə etimad göstərib, 2 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, İrakli Qaribaşvilinin rəhbərlik edəcəyi hökumətdə iki yeni nazir təmsil olunur.

Yeni hökumətdə Mixeil Şxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Levan Davitaşvili ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, Natia Turnava iqtisadiyyat və dayanıqlı inkişaf naziri, Cuanşer Burçuladze müdafiə naziri, Yekaterina Tikaradze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri, Qoça Lortkipanidze ədliyyə naziri, İrakli Karseladze regional inkişaf və infrastruktur naziri, David Zalkaliani xarici işlər naziri, İvane Maçavariani maliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri, Tea Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələri tuturlar.

Xatırladaq ki, 39 yaşlı İrakli Qaribaşvili 2013-2015-ci illərdə də Gürcüstanın baş naziri olub.