"Qalatasaray" səfərdə iki top fərqi ilə qalib gəldi

Baxış sayı:
355

Noyabrın 9-da futbol üzrə Türkiyə Superliqasının XI turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub.

"Qaziantep" stadionunda keçirilən görüşdə hesabı 22-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Ömər Bayram açıb. "Qalatasaray" 43-cü dəqiqədə yenidən Sofian Fequlinin vurduğu qol sayəsində hesab arasındakı fərqi ikiyə çatdırıb. Birinci hissə elə bu hesabla başa çatıb – 0:2.

Beləliklə, "Fənərbağça" səfərdə 0:1 hesabı ilə "Kayserispor"a məğlub olub.

Günün digər qarşılaşmasında isə "Gənclərbirliyi" doğma meydanda "Kayserispor"u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Rizəspor" isə doğma divarlar arasında "Antalyaspor"u minimal hesabla məğlub edib - 1:0. "Sivasspor" – "Konyaspor" matçı isə 2:0 hesabla sona çatıb.

Bu oyundan sonra "Qalatasaray" çempionatda 16 xalla yeddinci olub. "Sivasspor" isə 21 xalla liderdir.

Turun digər oyunları noyabrın 10-da keçiriləcək.