"Qalatasaray" - "Fənərbağça" derbisinin vaxtı açıqlandı

Baxış sayı:
7699

Türkiyə Superliqasında 2020/2021 mövsümünün ilk 4 turunun təqvimi açıqlanıb.

Yeni çempionat sentyabrın 11-də "Fənərbağça" - "Rizespor" oyunu ilə başlayacaq.

Mövsümün ilk derbisi olan "Qalatasaray" - "Fənərbağça" matçının da vaxtı dəqiqləşib. III tur çərçivəsində keçiriləcək qarşılaşma sentyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olub. Bu komandalar arasında oyun sentyabrın 17-də "Bakcell Arena"da təşkil olunacaq və saat 20:00-da başlayacaq./report