"Qalatasaray" çempionu məğlub etdi

Baxış sayı:
6111

Türkiyə Super Liqasında II turun mərkəzi görüşü çempion "Başakşehir"lə "Qalatasaray" komandaları arasında keçirilib. 

Görüş "sarı-qırmızılar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 14-cü dəqiqədə Radamel Falkao, 76-cı dəqiqədə isə Yunes Belhanda vurub. Bununla da "Cim-Bom" 6 matçlıq fasilədən sonra çempionatda qalib gəlməyi bacarıb. 

Bu qələbə sayəsində "Qalatasaray" xallarını 6-ya yüksəldib. İkinci matçından da məğlubiyyətlə ayrılan "Başakşehir" isə son pillələrdə qalıb.