Qadınların xərci kişilərdən niyə çoxdur - ARAŞDIRMA

Baxış sayı:
606

Hər 1 dollar qazanan kişilərlə müqayisədə qadınların 82 sent qazanmalarına baxmayaraq, onlar şampun, saç kəsimi, paltar və ülgüc kimi özəl əşyalara kişilərdən daha çox pul xərcləyir.

Necə deyərlər, “çəhrayı vergi” amili qadını beşiyindən məzarınadək təqib edir.

Belə bir nəticəni Nyu Yorkun İstehlakçı Əlaqələri Departamentinin (DCA) araşdırmaları göstərib.

DCA-nin 35 məhsul kateqoriyasnda 800 ədəd mal üzərində apardığı araşdırmalardan məlum olub ki, 30 məhsul kateqoriyasında qadın istehlaçıların aldığı gigiyenik mallar kişilərlə müqayisədə daha bahadır. Qadınlar eyni tip mallara 7 faiz daha çox pul ödəyir. Qadınlar özəl əşyalara kişilərdən 56 faiz artıq vaxt sərf edir.

Qadınların xərcləri:

  • 7% daha çox oyuncaq və aksesuarlar
  • 4% daha çox uşaq geyimi
  • 8% daha çox şəxsi paltar
  • 13% daha çox gigiyenik məhsullar
  •  8% daha çox yaşlılara baxım və dərmanlar

Qız uşaqları geyimlərinə oğlan geyimlərindən daha çox vəsait xərclənir. Qız ətəkləri oğlan köynəklərindən 13 faiz daha bahadır. Qız oyuncaqlarının dəyəri oğlan oyuncaqlarından 11 faiz artıqdır. Hətta onlar eyni oyuncaq, lakin müxtəlif rəngdə olsa belə.

Qadınların yaşlanma xərcləri də kişilərdən çoxdur.

Araşdırmalardan məlum olub ki, çəliklər qadınlar üçün 12, sidik urnaları isə 21 faiz daha bahadır.

Konqres hazırda “cəhrayı vergi”si amilini aradan qaldırmağa çalışır.

Hər iki partiyanın da dəstəklədiyi yeni ölçülər marketlərdə kişi və qadın üçün eyni məhsullarında qiymət bərabərliyinin təmin edilməsini nəzərdə tutur./Amerikaninsesi.org