"QADINLARIN VƏZİFƏSİ UŞAQ DÜNYAYA GƏTİRMƏKDİR..." - "Taliban" yeni hökumətdə qadınlara heç bir vəzifə verməyəcək

Baxış sayı:
365

Əfqanıstanın yeni hökumətində qadınlar təmsil olunmayacaq. Bu barədə "Taliban"ın nümayəndəsi Seyid Zəkrullah Haşimi deyib.

Onun sözlərinə görə, qadınlar yeni hökumətdə heç bir vəzifə tutmayacaq. Onların vəzifəsi uşaq dünyaya gətirmək və övladlarına təhsil verməkdir.

Bundan əvvəl "Taliban"ın nümayəndəsi Zabiullah Mücahid sentyabrın 9-da bildirmişdi ki, Əfqanıstanın yeni hökumətində qadınlar üçün də vəzifələr olacaq. Bir gün əvvəl "Taliban" müvəqqəti hökumətin tərkibini açıqladı və belə bir ehtimalı faktiki olaraq istisna etdi.