"Putinin sədaqətli lakeyi və ya Putini yamıslayan təlxək İvanişvili"- gürcü Putini olmağa nail olacaqmı?

Baxış sayı:
736

Washington Examiner, Tom Rogan
Tbilisidə oliqarx Bidzona İvanişvili “Gürcü Arzusu” partiyası ilə bir yerdə Putini təqlid etməyə cəhd edir.
İvanişvili Putinin stilində növbəti addımını noyabrın 14-də, “Gürcü Arzusu” partiyasının parlamentə seçkilərin proporsiaonal sistem üzrə keçirilməsi barədə qanunun qəbul olunmasına mane olması ilə atdı. İndi Gürcüstan parlamentinin idarə edən “Gürcü Arzusu” əvvəl bu qanun layihəsinin 2020-ci il parlament seçkiləri ərəfəsində qəbul olunacağını bildirdi. Bu xəyanət daha demokratik, təmin olunmuş və qərbyönümlü gələcək istəyən Gürcüstanın cəhdlərinə zərbə vuran geri addım oldu.

Aydındır ki, İvanişvili bu dəfə "qırmızı xətti" keçdi.

“Gürcü Arzusu”nun verdiyi sözü tutmadığına görə səsvermə uğursuzluğa düçar olandan sonra, bu partiyadan olan bəzi deputatlar istefa verdi. Onların arasında bu partiyadan olan Tamar Çuqoşvili də var. Polisin etirazçıları dağıtmaq üçün su şırnağına məruz qalan Çuqoşvili və minlərlə gürcülər həqiqəti deməyə məcbur oldular. Chartwell Strategy Group kompaniyası kimi amerikalı təbliğatçılar nə deyirlərsə desinlər, Bidzina İvanişvili Gürcüstanın işıqlı gələcəyində maraqlı deyil.

Qatillər haqdakı filmlərdən Ceyms Bondu təqlid edən bu adam elə etmək istəyir ki, azsaylı elitanın maraqları xalqın maraqlarından yüksəkdə dursun.

SSSR-nin dağılmasından sonra rus müəssisələrini zəbt edərək milyardlar qazanan İvanişvili- Putin epoxasının tipik oliqarx nümayəndəsidir. Baxmayaraq ki, İvanişvili hakimiyyətə dırmaşmaq və onu ələ keçirmək periodunda Qərblə yaxınlaşma tərəfdarı kimi görünərək oyunu ehtiyatlı aparırdısa, bu gün o, “Putinin özündən razı, lovğa lakeyi” olub. İndi o, Avropa və ABŞ investisiya layihələrini bloklayır və Kremlə absurd səviyyəsində sədaqət göstərir. Bu ilin yayında İvanişvili özünün əsl üzünü göstərdi və ultra millətçi rus siyasətçisini gürcü spikerini kreslosuna oturtmaqla kütləvi etiraz aksiyalarını provokasiya etdi, onun hakimiyyətində olan Gürcüstan Rusiyanın artan təzyiqinə dözməyə məcburdur.

Lakin indi, gürcü müxalifət partiyaları İvanişvilinin proporsional seçki sistemini rədd edən xain qərarına qarşı bir cəbhədə birləşiblər və “Gürcü Arzusu” parlamentdə əsas nümayəndələrindən məhrum olduğu vaxtda “bu kleptokratın” qarşısına layiqli rəqib çıxacaq. Ümid edək ki, gürcü xalqı “Putini yamıslayan bu təlxəyin” öhdəsindən gələcək.    
Şükürova Ülviyyə,
Muxalifet.az