PUTİNİN CANLI YAYIMDA ARAMSIZ ÖSKÜRMƏSİ GÜNDƏM OLDU – Rusiya prezidentinin ciddi xəstə olması haqda Qərb mediasının yazdıqları təsdiqini tapır?

Baxış sayı:
502

Rusiya prezidenti Vladimir Putinin hökumətin canlı televiziya yayımı ilə ötürülən toplantısı zamanı bir neçə dəfə öskürməsi dərhal medianın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildi.

Qafqaz.media xəbər verir ki, buna səbəb son günlər Qərb mediasının Rusiya prezidentinin ciddi xəstə olduğu və hakimiyyəti öz varisinə ötürməyə hazırlaşdığı haqda iddialardır.

Xatrıladaq ki, keçən həftələrdə karantinə girən Putin, "narahat olacaq bir şey yoxdur, hər gün müayinə olunuram", - demişdi.

Lakin onun toplantıda aramsız şəkildə öskürməsi tez bir zamanda mediada gündəm oldu. Əsas müzakirələr isə bu suala cavab axtarmaq üzərində aparıldı: “Putin Covid-19-a tutulub”.

Qeyd edək ki, toplantı iştirakçıları prezidentin öskürməsi ilə bağlı narahatçılıqlarını bildirdikdən sonra, Putin mövzu haqda qısa açıqlama verdi: “Hər şey yaxşıdır. Analizlər və testlər yalnız Covid-19 üçün deyil, bütün vəziyyətlərə qarşı aparılır”. Prezident daha sonra öskürəyinin Sibir səfərindən qaynaqlandığını bildirdi.

Xatırladaq ki, müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibir bölgəsində tətildə olan Putinin burada vaxtını balıq ovlamaq və dağlarda gəzintiyə çıxmaqla keçirdiyi bildirildi.