Putin yeni hökumətin tərkibini təsdiq etdi

Baxış sayı:
1407

Rusiya prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin təqdim etdiyi hökumətin tərkibini təsdiq edib.

"Ria novosti" agentliyi xəbər verir ki, Mixail Mişustinin doqquz müavini olacaq. Əvvəlki hökumətdə isə bu say 10 idi. Yeni hökumətdə Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Enerji naziri Aleksandr Novak, Daxili İşlər naziri Vladimir Kolokoltsev postlarını qoruyub.

Putin yeni hökumətlə təşkil edilən ilk toplantıda nazirlərə tapşırıqlar verərək, uğurlar arzulayıb./Publika.az