Putin Qarabağdakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasını topladı

Baxış sayı:
367

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə keçirdiyi operativ iclasda Qarabağla bağlı vəziyyəti müzakirə edib.

Bu barədə “Sputnik” xəbər verir.

“Bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyi güclərinin, sərhədçilərin necə işlədiyi və bu sahədə beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla əməkdaşlığın necə getdiyi barədə qiymətləndirmələrinizi dinləmək istərdim”, - Putin deyib.