Putin Baş nazirin təyinatı barədə FƏRMAN İMZALADI

Baxış sayı:
538

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin olunmasına dair fərman imzalayıb.

"Ria novosti" agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən açıqlama verilib. Xatırladaq ki, Dumada Mişustinin namizədliyinə 383 millət vəkili səs verib. 41 deputat bitərəf qalıb.

Ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. Yeni hökumətin aprel ayında formalaşacağı gözlənilir./Publika.az