Prezidentin köməkçisi koronavirusa yoluxdu

Baxış sayı:
963

Venesuela Prezidenti Nikolas Maduronun Turizm və Mədəniyyət üzrə müşaviri Xorxe Rodriqez koronavirusa yoluxub.

Bu barədə müşavir özü sosial media hesabından açıqlama yayıb.

X.Rodriqez bildirib ki, ümumi vəziyyəti yaxşıdır, izolyasiya olunur və xəstəlikdən qurtulmaq üçün lazımi qulluğu görür.

Son rəqəmlərə görə, Venesuelada 29 min 88 nəfər koronavirusa yoluxub, 247 nəfər ölüb.

Venesuela koronavirus pandemiyasına qarşı sərt tədbir görməyən ölkələr arasındadır./Publika.az