Prezidentdən sərrast atış - BÜTÜN GÜLLƏLƏRİ ONLUĞA DƏYDİ / VIDEO

Baxış sayı:
1899

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun silahla sərrast atışının görüntüləri yayılıb.

Berdiməhəmmədov döyüş silahı ilə məharətini nümayiş etdirib.

O, Müdafiə Nazirliyinin və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə onların silahlardan istifadəsini şəxsən yoxlamaq üçün poliqona gəlib. Atışmanın nəticəsinə görə ölkə başçısı əsgər və zabitlərin döyüş hazırlığına daha çox diqqət yetirmələri barədə göstəriş verib.

Türkmənistan prezidenti təkcə bir repçi, yarışçı, diş həkimi və Türkmən Alabay haqqında kitabın müəllifi deyil, həm də sərrast bir atıcıdır. O, 1973-cü ildə atış üzrə Türkmənistan SSR-nin çempionu olub.