Prezident virusa görə evdə qalan uşaqlara nağıl oxudu - VİDEO

Baxış sayı:
649

İsrail prezidenti Reuven Rivlin uşaqlar üçün maraqlı addım atıb. 

Xarici KİV-lər xəbər verir ki, o dərsə gedə bilməyən uşaqlara internet vasitəsiylə nağıl oxuyub. 

Yutub platforması üzərindən yayılan videoda Rivlin valideynlərə çağırış edib. O hazırkı vaxtın çətin olduğunu vurğulayıb: 

“Ailəmizlə vaxt keçirməyi sevsək də, bu, eyni zamanda bir çətinlikdir. Az da olsa sizlərə zaman ayıracağıma qərar verdim. Uzaqdan da olsa sizinlə bərabər olacam”. 

Prezident daha sonra Li Goldberqin “Kirayə mənzil” kitabını oxuyub. Valideynləri də onunla birgə kitabı oxumağa səsləyib və onlara belə məsləhət verib: “Əlinizə telefon yerinə bir qəhvə alın”./qafqazinfo