Prezident tıxacda qaldı, səsverməyə gözlənilən vaxtda çatmadı... - VİDEO, FOTO

Baxış sayı:
641

Prezident Rəcəb Tayyib Ərdoğan da səsvermə hüququndan istifadə edib.

Türkiyə KİV-ləri xəbər verir ki, prezident İstanbul bələdiyyə sədri seçkilərində səsini Üsküdarda verib. Ərdoğan səsvermədən sonra ilk açıqlamasında bunları deyib:

“Bu gün İstanbulumuzda bu seçkini reallaşdırırıq. Təmənnam odur ki, İstanbulun gələcəyinə dinamizm və Ankara-İstanbul bütövləşməsi ilə bir dönəmin gətirilməsi faydalı olacaq. Bu baxımdan seçicilər İstanbulla bağlı ən doğru qərarı verəcək. Hamımıza xeyirli olsun”.

Ərdoğan seçkilərlə əlaqədar yollarda tıxacın yaranması ilə bağlı suala isə “Mən də o tıxacda qaldım” cavabını verib./qafqazinfo