Polis toya basqın etdi - BƏYLƏ GƏLİN PƏNCƏRƏDƏN QAÇDI

Baxış sayı:
278

Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanları azyaşlı evliliyinin qarşısını alıblar.

Türkiyə mətbuatı xəbər verir ki, Büyükçekmece rayonunda adları açıqlanmayan 14 yaşlı qız və 18 yaşlı oğlanın toy mərasiminin keçirilməsi barədə polisə məlumat daxil olub. Şikayətdən sonra polis əməkdaşları mərasim zalına basqın ediblər.

Bildirilir ki, bəy və gəlin toy iştirakçılarının köməyi ilə pəncərədən qaçaraq ərazidən uzaqlaşıblar. Lakin sonradan ələ keçiblər. Daha sonra ailələrin dindirilməsi zamanı məlum olub ki, azyaşlının atası yaxın qohumlarının etirazına baxmayaraq qızını zorla evləndirməyə cəhd edib. İfadəsi alınan valideynlər sərbəst buraxılıblar./virtualaz.org