POLİS RƏİSİNİN ATASI DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR – Mehman Quliyev: “O, məni və ailəmi polis rəisi olan oğlu Nizami Novruzovla hədələdi” / ŞİKAYƏT

Baxış sayı:
1576

Göyçay şəhəri, N.Tusi küçəsi, ev 7-də yaşayan Rusiya Federasiyasının vətəndaşı Quliyev Mehman Tahir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:
“Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzov oğluna arxayın olub, məni aldadıb, dələduzluq yolu ilə küllü miuqdarda pulumu ələ keçirmişdi.
Belə ki, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun atası Zəlimxan Novruzovdan Azərbaycanda biznes qurmaq təklifi aldım. İşin adı isə yükdaşıma idi. Buna görə, “Hovo” markalı yük maşını almaq üçün Zəlimxan Novruzova 41 500 ABŞ dolları pul verdim. Həmin pula 99 DE 219 nömrəli “Hovo” markalı yük avtomobili alındı. Avtomobili həyat yoldaşı Fatma Novruzovanın adına rəsmiləşdirdi.
Mən Rusiyada yaşadığım üçün həmin biznesə Zəlimxan Novruzovun özü nəzarət edirdi. Bir müddət mənə əldə olunan qazancdan müəyyən məbləğdə pul versə də, sonradan oğlunun vəzifəsindən, mənim isə etibarımdan sui-istifadə edərək, məni aldatmağa başladı. O, “Hovo” markalı avtomobilin nömrəsini də dəyişdirmişdi.
Həyat yoldaşı Fatma Novruzova ilə rəmi şəkildə boşansa da, ancaq faktiki bir yerdə yaşayırlar. Bunu isə dələduzluq yolu ilə əldə etdiyi kapitalı qorumaq üçün edib.  Bütün əmlakını həyat yoldaşının adına rəsmiləşdirib. Mən bunu bilib, Zəlimxan Novruzovdan həmin avtomobili satıb, mənim 41500 ABŞ dolları pulumu verməyi xahiş etdikdə, o, məni və ailəmi polis rəisi olan oğlu Nizami Novruzovla hədələdi. Çiynində polis zabiti rütbəsi daşyan polis rəisi Nizami Novruzov atasının dələduzluq əməllərinə haqq qazandırır. Bu isə polis adına böyük bir ləkədir.
 Mən bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişəm. Ancaq hələ heç bir tədbir görülməyib.
İnanıram ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov mənim bu şikayətimi obyektiv araşdırıb, atasının dələduzliuğuna haqq qazandıran, onun cinayət əməllərini müdafiə edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzovun və atasının barəsində qanuna müvafiq tədbirlər görəcək”.


Muxalifet.az
Redaksiyadan:  Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.