​“Polis kapitanı mənə məxsus avtomobili ələ keçirib” - DİN RƏHBƏRİNƏ MÜRACİƏT

Baxış sayı:
478

Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi, ev 30 sakini Məmmədov Kamran Vahid oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Nazir!
Bu şikayətimlə Sizə bildirirəm ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Ruslan Mehdiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, mənə məxsus "Niva" markalı, 99 EU 640 nömrəli avtomobilimi ələ keçirib. Hansı ki, həmin avtomobili mən "Nikol" Bankdan kredit yolu ilə almışam.
Həmin avtomobili 2013-cü il tarixdə satan zaman Bankın kredit sənədlərini həmin adama sənədləşdirməyi unutmuşam. Bundan sonra, həmin “Niva” markalı, 99 EU 640 nömrəli avtomobil müxtəlif adamlara satılıb. Axrıncı dəfə həmin avtomobili Mehdiyev Tural İsmayıl oğlu Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Ruslan Mehdiyevə satıb ki, bütün bunlar sitemdə qeyd edilib.
Mən polis kapitanı Ruslan Mehdiyevə avtomobilin Bank kredit sənədlərini qəbul etməyi və ya pulunu alıb, gətirib özümə qaytarmağı xahiş etsəm də, o, yalandan avtomobili İlkin adlı xalası oğluna satdığını bildirir. İlkin isə bundan imtina edir.  Sonradan mənə məlum olub ki, polis kapitanı Ruslan Mehdiyev həmin avtomobilin üzərinə başqa nömrə bağlayıb, idarə edir.
"Nikol" Bank isə məndən həmin avtomobili tələb edir.
Mən fikirləşməzdim ki, polis zabiti belə bir qanunsuzluğa yol verib, dələduzluqla məşğul olsun. Mən polis zabitindən xahiş edirəm ki, gəlsin həmin avtomobili adına rəsmiləşdirsin, avtomobil bankda kreditdədir. Buna baxmayaraq, o, dələduzluq yolu ilə məni aldadıb, qanunsuzluq edir.
Szidən xahiş edirəm ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qanunsuzluğa yol verən, dəldəzluq edən Şamaxı Rayon Polis Şöbəsinin kapitanı Ruslan Mehdiyevin barəsində qanunu tədbir görəsiniz”.
Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.