Polis baş nazir vəzifəsinə namizəd Boris Consonun evinə basqın etdi - QONŞULARIN ŞİKAYƏTİNƏ GÖRƏ

Baxış sayı:
520

İngiltərədə polis baş nazir vəzifəsinə namizəd Boris Consonun evinə basqın edib.

Qonşuların evdən qışqırıq səsləri gəlməsi ilə bağlı şikayətindən sonra polis evə gəlib.

Şahidlərdən birinin polisə bildirdiyinə görə, evdə güclü dava-dalaş olub. Hətta qab-qacaq qırılıb. Amma London Polis Təşkilatı Consonun evinə basqından sonra açıqlamasında evdə hər şeyin qaydasında olduğunu bildirib.

“Qafqazinfo” xatırladır ki, Conson ötən il 25 illik həyat yoldaşı Marina Viilerdən boşanma qərarı alıb.