Peskov Trampın impiçmentinə şərh verməkdən...

Baxış sayı:
427

ABŞ-da  Donald Trampın impiçmenti ətrafında situasiyanı qiymətləndirən Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib ki, bu məsələnin Rusiyaya heç bir dəxli yoxdur.

“Bu ümumiyyətlə bizim işimiz deyil...Biz impiçmentin ətrafında baş verənləri şərh edə bilmərik”, - Peskov bəyan edib.
Bundan başqa o bildirib ki, Trampın impiçmenti ətrafında “həddindən çox uydurma” və “çox az həqiqət payı” var. “ Rusiyanını adının hallandığı müxtəlif qalmaqallı hadisələr, belə desək çox az olub. Həqiqətə uyğun olan məlumat azdır”, - deyə Kreml rəsmisi yekunlaşdırıb.   
Muxalifet.az