Pentaqon təkzib etdi: Hərbçilər göndərmirik!

Baxış sayı:
858

Yaxın Şərqə 14 min amerikalı hərbçinin göndəriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Alisa Fərəh deyib. “ABŞ Yaxın Şərqə İrana qarşı 14 min hərbi qüvvə göndərmir”, - deyə Fərəh bildirib. Qeyd edək ki, “Vol Strit” Donald Tramp administrasiyasının regiona İrana qarşı 14 min hərbçi, 10-dan çox döyüş gəmisi və digər texnikalar göndərməyə hazırlaşdığını yazmışdı.