PAŞİNYAN PARLAMENTƏ GİZLİ QAPIDAN GƏLDİ VƏ… - Erməni baş nazir deputatların Moskva görüşü ilə bağlı suallarını cavabsız qoyub, arxa qapıdan çıxdı

Baxış sayı:
485

“Paşinyan parlamentə jurnalistlərin girişi olmayan qapıdan gəlib və oradan da çıxıb gedib”.

Qafqaz.media xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun Erməni xidməti – “Azatutyun” yazır.

Bildirilir ki, baş nazir Nikol Paşinyan oktyabrın 25-də parlamentdə 2022-ci il üçün büdcənin müzakirəsi zamanı geniş çıxış edib, lakin noyabr ayında Moskvada Əliyev-Putin-Paşinyan görüşünün keçiriləcəyinə dair Rusiya və yerli mediada dolaşan şayiələrlə bağlı suallara cavab verməyib. Daha sonra parlamentə jurnalistlərin girişi olmayan qapıdan çıxıb.

Paşinyanın deputatların sullarına cavab verməməsi ilə bağlı məsələtə mətbuat katibi də hər hansı şərh verməkdən boyun qaçırıb.

Mane Gevorkyan bir daha Ermənistan XİN-in ötən şənbə verdiyi bəyanatı xatırladıb. Bəyanatda deyilirdi ki, hazırda Əliyev-Paşinyan görüşü planlaşdırılmır, amma müxtəlif görüş təklifləri müzakirə olunur.

“Azatutyun” yazır ki, iqtidaryönlü deputatlar da bu barədə ya danışmaqdan imtina edir, ya da məlumatları olmadığını deyirlər.

“Vətəndaş müqaviləsi” hakim fraksiyasından deputat Qraçya Akopyan rəsmi məlumatı gözləməyə çağırıb: “Hansı sənəddən söhbət getdiyini mən hazırkı vaxtda bilmirəm. Amma müzakirələr davam etdirilir”.