Paşinyan iş adamına nazir vəzifəsi verdi

Baxış sayı:
357

Cəbhədə vəziyyətin acınacaqlı olmasından bəhs edən iş adamı Vaan Kerobyan Erməstanda iqtisadiyyat naziri təyin olunub.

V.Kerobyanın bir neçə gün öncə Qarabağda ikən “Al Jazeera”ya verdiyi açıqlama diqqətdən yayınmayıb.

“Vəziyyətlə bağlı müxtəlif tezislər var idi: bizim ordu güclüdür, böyükdür, biz hər şeyi edə bilərik və s. Ancaq ictimaiyyətdə heç kəs gerçək durumu bilmirdi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, - V.Kerobyan söyləyib.

Qeyd edək ki, V.Kerobyan bu vəzifədə noyabrın 24-də istefa verən Tiqran Xaçatryanı əvəzləyib.