"Pandemiyadan sonra dünya daha təhlükəli olacaq" - AB-nin ali nümayəndəsi

Baxış sayı:
334

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell pandemiyadan sonra dünyanın daha da təhlükəli olacağı barədə xəbərdarlıq edib.

APA TASS-a istinadən xəbər verir ki, Borrell koronavirusun beynəlxalq arenadakı bütün parametrləri dəyişdirdiyini bildirib. Onun sözlərinə görə, pandemiyadan sonra həyat “gərginlik və münaqişələr üzündən daha gərgin, daha təhlükəli” olacaq.

“Bir pandemiyanı yaşayırıq, ancaq yeniləri də ola bilər”, - AB diplomatiyasının rəhbəri belə deyib.