ORDUMUZ BU YÜKSƏKLİKDƏN ERMƏNİLƏRİ QOVDU - Mədənlərə nəzarəti tam bərpa etdi

Baxış sayı:
646

Azərbaycan Silahlı Qüvvələrinin hərbiçiləri Böyük Siznək və Yuxarı Kilnbac kəndləri yaxınlığındakı Yağlıvənd yüksəkliyindən separatçıları çıxarıblar.

Bu barədə araşdırmaçı jurnalist Elçin Alıoğlu Tvitter hesabında paylaşıb.

“Hərbiçilərimiz Karaxtir və Tiyə gips mədənlərinə nəzarəti tam ələ keçiriblər.

Artıq bizim postlardan Xankəndi - Qırmızı Bazar yoluna qədər məsafə 2 km-dən də azdır”, - deyə o bildirib.

Hadisənin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına əsasən, erməni silahlı birləşmələri Azərbaycan ərazisini tərk etməli, onların əvəzinə Qarabağdakı ermənilərin təhlükəsizliyini rus sülhməramlıları təmin etməlidir. Rus sülhməramlıları 10 noyabr 2020-ci ildən Azərbaycanın Qarabağ bölgəsində yerləşməyə başlasa da, erməni silahlıları Azərbaycan ərazisini tərk etməyiblər, əksinə, rus sühməramlıların arxasında gizlənərək, vaxtaşırı Azərbaycan Ordusunun əsgərlərini, hətta Şuşa istiqamətində yerləşən bölmələrimizi atəşə tuturlar.

10 noyabr bəyanatına uyğun olaraq, bu silahlılar qanundankənar və terrorçu sayılır və Azərbaycan Ordusunun onlara qarşı istənilən vaxt antiterror əməliyyatı keçirməyə hüququ var./Bakupost.az