Ölümcül virus bu bazardan yayılıb – FOTO

Baxış sayı:
1063

Sosial şəbəkələrdə Çinin Uxan şəhərində dəniz məhsulları bazarının fotoşəkli yayımlanıb. İlkin ekspert qiymətləndirmələrinə görə, yeni növ koronavirusa yoluxma məhz burdan başlayıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Şəkli paylaşan “Twitter” istifadəçisi @muyixiao, dükanlardan birini qırmızı dairəyə alaraq “vəhşi” mənasına gələn son heroqlifin qaralandığını bildirib.

İstifadəçi bu görüntünün koronavirus səbəbiylə xəstəliyin başlaması haqqında məlumat aldıqdan sonra çəkildiyini vurğulayıb.

Photo from Douban of a menu at #Wuhan Huanan Seafood Market. Don't know when it was taken, but they sell all kinds of wild animals incl. live wolf pups & palm civets. 2nd photo taken after outbreak discovered shows this storefront (3rd left) covering word “野 (wild)” in its name. pic.twitter.com/HiQlzX4XBX

— Muyi Xiao (@muyixiao) January 21, 2020

Onun təqdim etdiyi digər fotoda aralarında canlı canavar balalarının və musanqların da adları olduğu vəhşi heyvanların adlarından ibarət siyahı əks olunub. Müəllif müvafiq şəklin nə zaman çəkildiyini bilmədiyini deyib.

Qeyd edək ki, Çin hökuməti 11 milyon əhalisi olan Uxan şəhərində karantin elan edib: şəhərə girən bütün yollar bağlanıb, nəqliyyat rabitələri dayanıb.

Ümumilikdə isə Çində 10 şəhərdə karantin elan olunub Son məlumatlara görə, dünyada 876 nəfər 2019-nCoV virusuna yoluxub, o cümlədən 41 ölüm hadisəsi var. Xəstəlik Çində başlayıb, ancaq artıq Yaponiya, Cənubi Koreya, Tailand, Fransa, Avstraliya və ABŞ-da da aşkar edilib. Çin hökuməti xəstəliyin yayılmasını məhdudlaşdırmaq üçün 10 şəhərdə karantin elan edib, həmçinin Çin Yeni ilin qeyd olunması şərəfinə böyük tədbirləri ləğv edib.