Niderlandda etirazlar davam edir - POLİS 150 NƏFƏRİ SAXLAYIB

Baxış sayı:
222

Niderlandın hüquq mühafizə orqanları koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində komendant saatının tətbiqindən sonra ölkəni bürümüş etiraz aksiyaları zamanı 150 nəfəri saxlayıb.

Bunu Niderland Teleradio Yayım Şirkətinə müsahibə verən ölkə polisinin rəhbəri Villem Vulerners bəyan edib.

“Tərəfimizdən 150 nəfər saxlanılıb. Hazırda Rotterdam və Hertogenbos şəhərlərinə xüsusi təyinatlı qüvvələr göndərilib”, - deyə polis rəisi bildirib.

Niderland polisinin ciddi cəhdlərinə baxmayaraq, etirazlar artıq bir neçə gündür ki, davam edir. Amsterdam, Tilburq, Harlem, Rotterdam kimi şəhərlərdə nümayişçilər mağazaların vitrinlərini sındırır, qarət edir,  avtomobilləri yandırırlar.