​Neymarın prezidentlə münasibəti korlandı, "Barsa"ya qayıdır

Baxış sayı:
28

Fransanın “Paris Sen-Jermen” klubunun ulduz futbolçusu Neymar komandanın prezidenti Naser əl-Xəlaifiyə komandanı tərk edəcəyini və “Barselona”ya dönmək istədiyini bildirib.
Muxalifet.az xəbər verir ki, futbolçu “Mən artıq burada qalmaq istəmirəm. Tezliklə öz evimə (“Barselona”) dönmək istəyirəm. Oranı heç vaxt tərk etməməli idim” deyib.
Bu xəbərdən sonra prezident futbolçunu təşkil olunmuş mətbuat konfransında tənqid edib. O bildirib ki, komandaya hörmət etməyən və öz işinə peşəkarcasına yanaşmayan şəxslər klubdan gedə bilər.
Neymar “Barselona” klubunda 2013-2017-ci illər mövsümündə çıxış edib. 2017-ci ildə “Paris Sen-Jermen” klubuna rekord məbləğdə 222 milyon avroya transfer olunub.
Futbolçunu “Barselona” ilə yanaşı, “Real Madrid” də heyətinə qatmaqda maraqlıdır.