“Mübariz Mənsimovun şərlənməsi işini nəzarətinizə götürün” - Qarabağ qazilərindən Birinci vitse-prezidentə MÜRACİƏT

Baxış sayı:
793

Türkiyədə yaşayan azərbaycanlı messenat Mübariz Mənsimovun şərlənərək həbs olunduğu gündən 17 mart 2020-ci il tarixindən yaradılan “Qarabağ Qazilərinin Mübariz Mənsimovun Hüquqlarını Müdafiə Komitəsi “ Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, xanım Mehriban Əliyevaya yenidən müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli Mehriban xanım!

Sizə yenidən üz tutmağımızın səbəbi toplumsal müdafiəçisi olduğumuz azərbaycanlı iş adamı, messenat Mübariz Mənsimovun vətəndaşı olduğu və yaşadığı qardaş Türkiyədə  şərlənərək həbs olunması işini şəxsi nəzarətinizə götürməyinizlə bağlıdır. Biz ilk gündən onun girov qarşılığında zaminə buraxılması diləyi ilə hər iki doğma ölkəmizin dövlət rəhbərlərinə, elçiliklərinə, toplumsal-siyasi xadimlərinə üz tutsaq da, heç bir cavab almadıq.   Ümid yerimiz hər çağ olduğu kimi Sizsiniz. Hər iki ölkəmizdə Sizin böyük nüfuzunuz ,hörmətiniz var və Mübariz bəyin azadlığına verəcəyiniz töhfə Sizə sayğıları daha da artıracaq. Sizə qazilərin, şəhid ailələrinin himayəçisi kimi, hüquqi, tibbi, sosial yardıma ehtiyacı olanların QORUYUCU MƏLƏYİ kimi üz tutub, xahiş edirik: MÜBARİZ MƏNSİMOVUN ŞƏRLƏNMƏ İŞİNİ ŞƏXSİ NƏZARƏTİNİZƏ GÖTÜRÜN!"
Sayğılarla :Qarabağ Qazilərinin Mübariz Mənsimovun Hüquqlarını Müdafiə Komitəsinin baş katibi Məğrur Bədəlsoy
Komitənin üzvləri:
Xaliq Abbaszadə
Güloğlan Süleymanov
Müşfiq İsmayılov
Eldar Hüseynov
Yusif Cəbrayılov
Rövşən Cəfərov
Faiq Bəxtiyarov
Mehdi Kərimov və başqaları
Bakı şəhəri, 07 iyul 2020-ci il