"MTN İŞİ"NƏ GÖRƏ HƏBS OLUNAN SABİQ APARAT RƏHBƏRİ ÇEXİYADA ŞİRKƏT AÇIB – Vidadi Zeynalovun oğlu və kürəkəninin İstanbulda da şərikli inşaat şirkəti var / SƏNƏDLƏR

Baxış sayı:
532

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ilin oktyabrında MTN işi ilə bağlı həbs olunmuş sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kürəkəni Nəriman Muradov 2016-ci il dekabrın 2-də Çexiya paytaxtında Azerantrips.com sro şirkətini (https://www.azerbaijantrips.com/) qeydiyyatdan keçirib".
Muxalifet.az xəbər verir ki, bu məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
O bildirir ki, sənədlərə görə Praqanın Karlin rayonu, Kaizlovy sady 434/13 ünvanında hüquqi qeydiyyata alınmış şirkətin təsisçiləri sabiq aparat rəhbərinin kürəkəni, hazırda "Rabitəbank"ın mərkəzi filialının direktoru, Bərdə şəhəri, Həzi Aslanov küçəsi 1-də qeydiyyatda olan Nəriman Muradov, onun ortaqları İlkin Həsənov və Ülvi Həsənzadədir. "Turizm sahəsində fəaliyyət göstərən şirkət Praga Bələdiyyə Məhkəməsində C 266725 saylı lisenziya nömrəsi ilə qeydiyyatdan keçib.
Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə də şərikli inşaat şirkəti var".
Həsənli daha sonra qeyd edir: "Yeznə-qayınların İstanbuldakı şirkətlərinin Nizamnamə kapitalı 100 min olub. Bunun 75 faizi Pərvizə, 25 faizi isə Nərimana məxsusdur".
Xatırladaq ki, Vidadi Zeynalov ötən il martın 15-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla azadlığa çıxıb.


Muxalifet.az