Məşhur həkimi toyuq dönərinə görə məhkəməyə verdilər

Baxış sayı:
574

Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib. Muxalifet.az xəbər verir ki, Bütün Restoranlar və Turizmçilər Dərnəyi (TÜRES), kardioloqu “qiymətlərə təsir etmə” maddəsi ilə şikayət edib. Səbəb olaraq “əvvəldən toyuq dönərinə qarşıyam. Satılan yerlərin qarşısından keçəndə belə ürəyim bulanır” sözləri göstərilib. TÜRES-in baş meneceri Ramazan Bingöl, Karatayı ümumiləşdirmə apardığına görə tənqid edib: “Bu məhsullarda bir şey varsa, bu nazirliklər, dövlət qurumları nə işə yarayır? O zaman bunları bağlayaq. Sadəcə Canan Karatay və onun kimilərini dinləyək. İqtisadiyyata verdiyi zərər inanılmaz həcmdədir”. Bingöl bildirib ki, statistika Karatayın dönər haqqında açıqlamasından sonra satışların 30% azaldığını göstərir: “Türkiyədə insan sağlamlığına zərərli bütün qidalarla TÜRES mübarizə aparır. Amma artıq ölkədə iş o yerə çatıb ki, insanların bir bəyanatı ilə iqtisadiyyatın təməl daşı olan milyonlarla insanın çörək yediyi sektora təsir edilir. Bu, eyni zamanda Türkiyə iqtisadiyyatına da öz təsirini göstərir”.//publika