Məşhur azərbaycanlı rəssamın qızı karantinə alındı - KORONAVİRUSA GÖRƏ

Baxış sayı:
759

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.

Muxalifet.az xəbər verir ki, bu barədə A.Salahova şəxsi “Facebook” hesabından paylaşım edib.

Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.

Qeyd edək ki, Aydan Salahova azərbaycanlı məşhur rəssam Tahir Salahovun qızıdır.