Məşhur iş adamının qardaşı oğlu beynəlxalq axtarışa verildi

Baxış sayı:
505

Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

"Yeni Sabah" bildirir ki, bu barədə "Report"a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

"Cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır", - deyə, səfirlikdən bildirilib.

Ə.Abdullayev "Altes Qrup"un prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.