Mövlud Çavuşoğlunun bəyanatına Rusiya XİN-dən cavab verildi

Baxış sayı:
406

Türkiyə XİN Mövlud Çavuşoğlunun “Rusiyanın öz vədlərini yerinə yetirmədiyi” haqda bəyanat verib.

“Rusiya XİN-də Türkiyə XİN nazirinin “Rusiyanın veridyi vədləri yerinə yetirmədiyi” haqda bəyanatı, həmçinin "Türkiyənin Suriyanın şimalında yenidən hərbi əməliyatlara başlaya biləcəyi” bəyanatı “anlaşılmazlıq” yaradıb. Rusiya XİN rəsmisi Konaşenkov bildirib ki, Rusiya Soçi sazişinin bütün müddəalarını yerinə yetirib.
“Münaqişə tərəflərinin təcili şəkildə bir-birindən aralanması təmin edilib. Türk hərbi qüvvələri ilə birlikdə sərhəd bölgəsində patrul yoxlamaları keçirilir”, Konaşenko deyib. O, qeyd edib ki, yerinə yetirlmiş tədbirlər sayəsində regionda vəziyyəti stabilləşdirmək mümkün olub.
“Türkiyə XİN-nin hərbi əməliyyatların bərpa oluna biləcəyi bəyanatı Suriyadakı vəziyyətin Soçi sazişinə uyğun həll olunmasına deyil, daha da ağırlaşmasına gətirib çıxaracaq”, deyə o davam edib. Bundan əvvəl Çavuşoğlu bəyan etmişdi ki, Rusiya və ABŞ Suriya üzrə öz öhdəliklərini yerinə yetirmirlər.    
Muxalifet.az