Mövlud Çavuşoğlu: “Tarixi siyasi məqsədlər üçün istifadə edənlər həqiqətlərlə üzləşmək istəməyən qorxaqlardır”

Baxış sayı:
430

Tarix haqqında məhdud bilgiyə sahib olan siyasətçilər bu məsələdə hakimlik etməməlidir. Muxalifet.az xəbər verir ki, bu sözləri Dohada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Senatının qondarma erməni soyqırımının tanınması ilə bağlı qərarına münasibət bildirərkən deyib. O, “Tarixi siyasi məqsədlər üçün istifadə edənlər həqiqətlərlə üzləşmək istəməyən qorxaqlardır” sözlərini yenidən xatırladıb, bu məsələdə hələ də eyni fikirdə olduğunu bildirib: “ABŞ Senatı bu qərarı əslində Türkiyənin Suriyanın şimalında reallaşdırdığı əməliyyatlarla bağlı yaşadığı xəyal qırıqlığı və ABŞ-dakı erməni lobilləri və onları dəstəkləyən qruplar səbəbindən qəbul edib”. Muxalifet.az