MOSKVADA "DOSTLAR ÜÇÜN AXŞAM" YUBİLEYİ - Polad Bülbüloğlu karantin günlərində özünün 75 illik yubileyini qeyd edəcək / VİDEO

Baxış sayı:
1261

Azərbaycanın Rusiyadakı səfiri, estrada müğənnisi və bəstəkar Polad Bülbüloğlu pərəstişkarlarını Moskvada bir araya toplayacaq.

Yenisabah.az xəbər verir ki, mayın 4-də saat 22:50-də (Bakı vaxtı ilə 23:50-də - red.) lirik tenor sahibi, pedaqoq, aktyor, sənətşünaslıq doktoru, professor, siyasi və ictimai xadim, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın NTV telekanalının izləyicilərini 75 illik yubileyinə həsr olunmuş konsertə dəvət edir.

“Dostlar üçün axşam”  (“Veçer dlya druzey”) adlı musiqili gecə Moskva Müzikl Teatrının səhnəsində baş tutacaq.

Adı Sovet İttifaqının hər bir guşəsində məşhur olan sənətçi ən sevilən mahnılarını ifa edəcək: “Zəng et”, “Kak jili mı boryas” ("Qorxma, mən səninləyəm" filmindən mahnı), “Uxaju” (“Gedirəm”), “Vodopad” (“Şəlalə”), “Gözlə məni” və bir çox başqaları.