"Mənə kreslo lazım deyil, adi stul verin..." - İLHAM ƏLİYEV İRAD TUTDU

Baxış sayı:
1388

Azərbaycan Prezidenti İlham Əliyev onun üçün hazırlanmış kreslonun adi stulla əvəz edilməsi barədə göstəriş verib.

Virtualaz.org bildirir ki, bu yaddaqalan hadisə dövlət başçısının Tovuz rayonundakı “ASAN xidmət” mərkəzinə səfəri zamanı baş verib.

Dövlət başçısı ASAN-ın gənc əməkdaşları və könüllülərinin onu gözlədikləri zala daxil olarkən onun üçün hazırlanmış yerə keçib və orada kreslo qoyulduğunu görüb.

İlham Əliyev ona xüsusi kreslo hazırlandığına görə irad tutub və tapşırıb ki, onu adi stul ilə əvəz etsinlər.

"Belə şeylərə qətiyyən yol vermək olmaz”, – deyə dövlət başçısı vurğulayıb.

Dərhal İlham Əliyev üçün adi stul gətiriblər və bundan sonra o, görüşü davam etdirib.