Mixeil Saakaşvilidən Gürcüstan prezidenti Salome Zurabişviliyə ağır sözlər: "Bu qadın ya dili bilmir, ya da dəlidir"

Baxış sayı:
733

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili dövlət başçısı Salome Zurabişvilinin dünənki çıxışına sərt münasibət bildirib Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, Mixeil Saakaşvili Salome Zurabişvilinin bu bəyanatının Gürcüstan hərbiçiləri üçün böyük bir təhqir olduğunu ifadə edib. "Salome Zurabişvilinin dünən tədbirdəki açıqlaması on minlərlə Gürcüstan hərbiçisi və veteranı üçün təhqirdir. Bu Giorgi Andzuxelidzeyə, Tatunaşviliyə və Şindisi qəhrəmanlarına bir təhqirdir. Saxta seçkilər nəticəsində İvanişvili tərəfindən təyin edilmiş kukla Salome Zurabişvili dünənki çıxışı ilə çox böyük təhqirə yol verərək, 'Gürcüstanın nə ordusu, nə də silahı var və nə də olmayacaq'-deyib. Bu qadın ya dil bilmir ya da dəlidir. Bu sözlər birbaşa bizim hərbiçilərimizə Rusiya hərbi gücləri tərəfindən yönləndirilimiş bir fitnədir, hansı ki, bizim hərbiçilər rusların 13-14 uçuş aparatını vurmuşdular, Əfqanıstan müharibəsindən sonra onlara hələ bu cür ziyan dəyməyib". "Hərbi qüvvələrdən danışdığımız zaman deməliyik ki, Gürcüstan hərbiçiləri bu gün də Əfqanıstanda yaralandılar və İvanişvilinin əlaltılarının heç bir bəyanatı bunu dəyişdirə bilməz",-deyə sabiq ölkə başçısı M.Saakaşvili qeyd edib. Məlumat üçün deyək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili dünən elm nümayəndələri qarşısında çıxış edərkən “Bizim nə ordumuz, nə silahımız var və nə də olmayacaq. Bölgəni fəth etmək üçün böyük iqtisadi potensialımız yoxdur, amma bilik, elm, mədəniyyət adlı çox güclü bir silahımız var"- deyə ifadə etmişdi. Muxalifet.az