Milli Məclisə dəyən ziyanın məbləği açıqlandı

Baxış sayı:
465

“Ötən gün axşam Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurublar”.

Muxalifet.az xəbər verir ki, bu barədə Milli Məclisin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 azn məbləğində maddi ziyan dəyib: “Azərbaycan Respublikası Milli Məclisi olaraq Parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, Xalqımız, Dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik”.