Messinin şəxsi təyyarəsi Brüsselə məcburi eniş etdi

Baxış sayı:
5157

İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messiyə məxsus təyyarə texniki problemlərə görə Belçikanın paytaxtı Brüsselə məcburi eniş edib.

Britaniyanın "The Sun" nəşri xəbər verir ki, argentinalı futbolçu və ailəsinin hava gəmisində olub-olmaması barədə məlumat yoxdur.

İddiaya görə, ötən gün Argentinadan havaya qalxan təyyarə Braziliyada fasilə verdikdən sonra bu gün Brüsseldəki hava limanına enib. Ardınca təyyarə İspaniyanın Tenerife şəhərinə yola düşməli olsa da, texniki səbəblərdən aeroporta təcili eniş edib.

Qeyd edək ki, Lionel Messi təyyarəni 2018-ci ildə 12,5 milyon avroya alıb./Report