Medvedev hökumətin istefasından danışdı - "Bu, qeyri-adi deyil..."

Baxış sayı:
558

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq Baş Nazir Dmitri Medvedev hökumətin istefaya göndərilməsindən danışıb.

Medvedev “Birinci kanal”a müsahibəsində bildirib ki, hökumətin istefaya göndərilməsi sakit şəkildə qəbul edilməlidir, çünki bir kabinet formalaşdırılarkən onun istefası barədə planları həmişə müzakirə olunur.

“Ümumiyyətlə, hökumətin istefasına həmişə tamamilə sakit yanaşmaq lazımdır, bu, qeyri-adi deyil. Bu, bütün dünyada baş verir, ölkəmizdə də olur” deyən Dmitri Medvedev son illərdə Rusiyada hökumətin istefa verməsinin nadir hallarda baş verdiyini qeyd edib: 

“Ancaq buna baxmayaraq, bu, tamamilə adi bir hadisədir. Üstəlik, ümumiyyətlə, bir hökumət yarandıqda, açıq deyim ki, həmişə prezident və baş nazir kimliyindən asılı olmayaraq, nəinki kabinetin təyin edilməsi, həm də potensial istefa məsələlərini müzakirə edir. Bu, tamamilə normaldır”. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti yanvarın 15-də istefaya göndərib. Yanvarın 16-da Baş Nazir postuna Mixail Mişustin təyin olunub.

Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib./Qafqazinfo