Maradona ölümdən qorxduğunu etiraf edərək, yazılı vəsiyyət edibmiş...

Baxış sayı:
6344

Noyabrın 26-da dünyasını dəyişmiş Argentina millisinin sabiq kapitanı Dieqo Maradonanın vəsiyyəti üzə çıxıb.

"Tyc Sports" xəbər verir ki, veteran futbolçu ölümündən bir neçə ay öncə yazılı müraciətində cəsədinin mumiyalanmasını xahiş edib.

Ölümdən qorxduğunu etiraf edən əfsanəvi oyunçu cəsədinin uzun illər saxlanılmasını istəyib.

Qeyd edək ki, Dieqo Maradona 60 yaşında ürəktutmasından vəfat edib.