Maradona dəfn edildi - FOTOLAR

Baxış sayı:
5302

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.

Bu barədə “TN” telekanalı məlumat yayıb.

Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.

Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib.

Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib./report