Lukaşenkonu kənddə görüblər, odun doğrayanda... - FOTO

Baxış sayı:
927

İnternetdə Belarus prezidenti Aleksandr Lukaşenkonun doğma kəndində çəkilmiş fotosu yayılıb.

Virtualaz.org xəbər verir ki, fotonu Lukaşenkonun mətbuat xidmətinə yaxın olan Telegram-kanalı yayıb. “Foto düz kəndin ortasında çəkilib, kənd sakinlərinin oraya girişi bağlanmayıb, təbiidir”,-fotonun altındakı qeyddə deyilir.

Fotoya əsasən Lukaşenko əlində balta odun doğrayır. Habelə məlumata görə o, kənd qəbiristanlığına da baş çəkib, ata-anasının məzarını ziyarət edib.

Lukaşenkonun kəndi Moqilyev vilayətində yerləşir, hazırda Aleksandriya aqroşəhərciyi adlanır. 2018-ci ildə Lukaşenko orada Rusiya prezidenti Vladimir Putini qonaq edib.