LUKAŞENKO BELARUS - RUSİYA BİRLİYİNƏ MÜQAVİMƏT GÖSTƏRİR.../Detallar

Baxış sayı:
838

Belarus Norveçi Rusiya ilə alovlu qarşıdurmaya sürükləyir. Münaqişə tərəfləri üçün bu nə vəd edir? Rusiyalı professor hesab edir ki, Lukashenko Putinə təzyiq göstərməyə çalışır, amma bacarmayacaq. Ancaq, İngilis mütəxəssisi burada ikiqat "dərin quyu" tapdı.
Norveç nefti Belarus və Rusiya arasında yaranan münaqişənin bir hissəsinə çevrildi. Belarus Rusiyadan neft tədarükünün azalmasını kompensasiya etmək üçün Norveçdən 80 min ton neft aldı.
1 yanvar 2020-ci ildə Rusiya Belarusa xam neft tədarükünü dayandırdı, çünki ölkələr yeni qiymətlərdə razılığa gələ bilmədilər. Əlbəttə ki, ixrac qismən yanvarın 4-də bərpa olundu, ancaq həcmləri əvvəlkindən fərqlidir.
Uzun illər Belarus Rusiyadan nefti bazar qiymətindən aşağı alırdı. Emal edib Avropa bazarlarına göndərirdi.
Bu satışlardan əldə olunan gəlirlər Belarus iqtisadiyyatı üçün olduqca vacib idi və bir çox cəhətdən siyasi və iqtisadi sabitliyin qorunmasına kömək etdi, bunun sayəsində prezident Lukashenko 25 ildən çox hakimiyyətdə qala bildi.
Putinlə president qismində ittifaq?
Ancaq indi Rusiya və Putin bundan bezdilər. Belarus ucuz neft istəməyə davam edərsə, ölkə daha sıx iqtisadi və siyasi inteqrasiyaya razı olmalıdır. Rusiyanın məqsədi təcrübədə iki ölkəni bir-birinə birləşdirəcək ittifaq yaratmaqdır.
Bir çoxları Putinin Rusiya prezidenti vəzifəsindən getdikdən sonra bu ittifaqa özü başçılıq edib-etməyəcəyinə dair ehtimal nəzəriyyələri irəli sürürlər.
Lakin bu günə qədər Lukashenko bu təkliflərdən imtina etdi və cümə axşamı Belarus hökuməti ilə görüşdə bildirdi ki, gələcəkdə Belarus 40% neft Rusiyadan, 30% Ukrayna, digər 30% Baltikyanı ölkələr üzərindən neft alacaq.
Buna görə “Marine Traffic” saytının məlumatına görə, Norveç tankeri “Breiviken” indi Baltik dənizinə doğru gedir. Litvanın Klaypeda limanına çərşənbə günortadan sonra gələcəyi gözlənilirdi.
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, neft Şimal dənizindəki yeni Johan Sverdrup yatağından çıxarılıb, Şimali Hordalandakı Mongstad liman neft terminalında “Breiviken”ə yükləndi. Sonra neft dəmir yolu ilə Belarusiyanın şimal-şərqindəki Vitebsk şəhəri yaxınlığında yerləşən Naftan emalı zavoduna aparılmalıdır.
Lukashenko Putinə təzyiq etmək istəyir
Bütün bunlar Rusiya ilə Belarus arasındakı siyasi fikir ayrılıqları nəticəsində baş verir, Moskva Ali İqtisadiyyat Məktəbinin professoru və tədqiqatçısı Andrey Yakovlev deyir.
O NRK-ya bildirib ki, bütün bunlar müvəqqətidir və Belarusun Norveçdən Rusiyadan aldığından daha ucuz neft ala biləcəyini düşünmür.
"İnanıram ki, Norveç neftini almaq qərarı, inteqrasiyanın dərinləşməsi prosesinin baş tutmaması üçün Rusiyaya təzyiq göstərmək cəhdidir ".
Lakin Yakovlev, Rusiya və Belarus arasındakı qarşıdurmaya səbəb olan neft üzündən Norveçin özü təzyiq altına düşə bilər.
Rusiyaya baha başa gələ bilər
"Belarus Rusiyadan çox asılıdır və Rusiya da öz növbəsində Minskdəki rejimin ona sadiq qalmasını istəyir" deyə Yakovlev izah edir.
Lakin bu, Rusiyaya çox baha başa gələ bilər,deyə, professor hesab edir ki: "Belarusiya Prezidenti Aleksandr Lukashenko danışıqlarda özünü çox sərt aparır, amma inanmıram ki, Belarus ilə Rusiya arasındakı münasibətlər ciddi şəkildə dəyişsin".
Norveç neftini Fransanın "Total" şirkəti ilə beynəlxalq bazarda sövdələşmə barədə razılığa gələn dövlət şirkəti "Belneftekhim" öz törəmə şirkələri vasitəsilə aldı.
Putinin gələcəyə dair planları inə ilə bağlıdır?
"Maraqlıdır ki, Belarusiya tərəfindən Norveç neftinin alınması ilə bağlı xəbərlər indi yayılıb", - deyə NRK-a Rusiya üzrə İngilis ekspert Mark Galeotti bildirib.
Prezident Vladimir Putinin 2024-cü ildə prezidentlikdən gedəcəyi təqdirdə Rusiyada hakimiyyətdə qalmasına imkan yaradan Konstitusiyaya dəyişiklik etmək istədiyini açıqlamasından bir həftə keçdi.
"Təcrübədə bu, başında Putin ilə Belarus və Rusiya arasında ittifaq yaratmaq ideyasını sarsıdır" Galeotti dedi. "İnanıram ki, Lukashenko yenidən Rusiya və Qərbi üz-üzə qoymağı bacaracaq qədər yaxşı oynamağı bacardı".
Bu, Rusiya ilə Norveç arasındakı münasibətlərə təsir edə bilərmi?
“Düşünürəm ki, Rusiya bu məsələdə Norveçi zəif tərəf hesab edərsə, hansısa formada reaksiya verməsi mümkündür” deyə Mark Qaleotti deyir.
Baltikyanı “Şimal Axını-2” qaz kəməri ətrafındakı gərginlikdən sonra Rusiyanın öz neft və qaz ixracı sahəsindəki qeyri-müəyyənliyi artırmaq istəməsi ehtimalı azdır.
"NRK"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az