Lotu Qulinin qətli özünümüdafiə zəminində baş verib - VƏKİL

Baxış sayı:
2995

Kriminal avtoritet Nadir Səlifovun qətli özünümüdafiə zəminində baş verib.

Muxalifet.az xəbər verir ki, bu barədə "SalamNews"a mərhumun qətlində şübhəli bilinən “Xan Əhmədlinski” kimi tanınan Xəqan Zeynalovun vəkilləri bildiriblər.

Məlumatda tərəflər arasında mübahisə yarandığı, daha sonra Nadir Səlifovun odlu silahla Zeynalova atəş açaraq yaraladığı deyilir. İttiham olunan tərəf yalnız bundan sonra özünü müdafiə etmək üçün Səlifova atəş açdığını istintaqa açıqlayıb.

Xatırladaq ki, "Lotu Quli" kimi tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov cümə axşamı gecə saatlarında Türkiyənin Antalya şəhərində yaşadığı hoteldə güllələnərək qətlə yetirilib. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.