Liviyadakı Koroğlu türkləri kimdir?

Baxış sayı:
931

Liviya türklərindən danışan Türkiyə prezidenti, vətəndaşları bu əsrarəngiz Kuloglunun kim olduğu, həm də Koroğlu sualına cavab tapmaq üçün ölkə vətəndaşlarını tələsik internetdə axtarmağa məcbur edən bir termini dilə gətirdi. Əs-Səraca Tripolinin müdafiəsini təşkil etməyə kömək edən hərbi qüvvənin 80%-i haqda başqa nə məlumdur.
Prezident Ərdoğan, Türkiyənin Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında çıxış edərək, sayı 1,4 milyona çatan Liviya Türklərindən danışaraq, "Koroğlu" ifadəsini işlətdi. Bu açıqlamadan sonra Türkiyə vətəndaşları təəccüblənməyə başladılar: "Liviya əhalisinin ən az 22% -ni təşkil edən Koroğlu ya Küloğlu (Koroğlu) türklər kimlərdi?"
14 yanvarda, Türkiyə Milliyyətçi Partiyasının lideri Dövlət Bahçeli və prezident Ərdoğan, Liviyada yaşayan türklər Koroğlunu yad etdilər. 6,3 milyon əhalisi olan ölkədə 1,4 milyon əhalisi olan Liviya türklərinə diqqət çəkən bu açıqlamalardan sonra bu mövzuda axtarış sorğuları daha tez-tez baş verdi. Koroglu türkləri kimlərdir?
"Küloglu", "Kologlu", "Koroğlu" - bütün bu adlar Liviya türkləri barəsində istifadə olunur.
Ortaq tarixi olan xalqlar və cəmiyyətlər Birliyinin sədri Əhməd Baba, Sirtedən çox uzaq Tripoli üçün strateji, həyati əhəmiyyət daşıyan Misurata şəhərinin olduğunu söylədi. O qeyd etdi: “Misurata, Liviyada ən çox sayda-təqribən bir milyon Koroğlu türkünün yaşadığı bölgədir. Tripolinin müdafiəsində Milli Birlik Hökumətinə kömək edən hərbi qüvvənin 80% -i Misuratadan olan Koroğlu türkləridir. Tripoliyə cənub tərəfdən hücum edən Haftar müvəffəqiyyət qazanacağı təqdirdə böyük bir üstünlük qazanacaq. Son günlər həqiqətən tarixi addım atan və bu dəfə də danışıqlar masasında qələbə qazanan Türkiyə, indi döyüş bölgəsində uduzmamalı və bütün yollarla Liviyadakı MBH-yə ən qısa vaxtda kömək etməlidir. Əks təqdirdə bağlanmış müqavilələr mənasını itirəcək ".
Qırğın təhlükəsi
Baba davam etdi: “2011-ci ildə azadlıq və demokratiya mübarizəsində diktaturadan qurtulan Liviya xalqı, yüz il əvvəl Anadolu qardaşları kimi müstəqillik uğrunda mübarizə aparır. Bu döyüş Misir, BƏƏ, Səudiyyə Ərəbistanının repressiv və totalitar rejimlərinin açıqca və Fransa, Rusiya, ABŞ və İsrail kimi imperialist güclərin arxa fonda dəstəklədiyi Haftar diktaturasına qarşı mübarizədir. Koroğlu türkləri, ərəblər və bərbərlər böyük qırğına mərruz qala bilər! Bu, təkcə Liviya müsəlmanları üçün deyil, yuxarıda adı çəkilən avtoritar və totalitar rejimlərin, imperialistlərin nəzarəti altında olan yerli administrasiyalar üçün də kabusdur ”.
Osmanlı İmperiyasının Afrikadakı son dayaq nöqtəsi
Rəhbərlik etdiyi dərnəyin fəaliyyətindən də danışan Əhməd Baba qeyd etdi: “15 Noyabr 2014-cü ildə ürəkləri hələ də bizimlə olan Koroğlu türklərinin görkəmli nümayəndələrinin Ankaraya dəvət edib  konfrans keçirdik. Səbəb, Tripoli Respublikası haqda bizə tarix dərslərində heç bildirmədikləri şeyləri xalqımıza xatırlatmaq idi. Afrikada son olaraq qoyduğumuz Tripoli ilə tarixi bağlarımızı, coğrafiyamızın bu əvəzolunmaz hissəsindəki qardaşlarımız qoruyub saxlayır və ümid edirəm bu belə də davam edəcək ".
Liviyada Köləmənlər də var
Koləmənlər də Liviyada yaşayır və onlar da Liviya türkləri sırasında yer alır. Bunlar Misirin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən sonra burada qalan və uzun müddət müqavimət göstərən məmlüklərdir. Onlar türk (qıpçaq) və çərkəz mənşəlidirlər. Misirdə Osmanlı hakimiyyəti dövründə bu məmlük-köləmənlərin bir hissəsi də Tripoliyə göndərildi. Bu gün onların nəsilləri əsasən Misuratda yaşayırlar və hələ də özlərini "köləmənlər" və "çərkəzlər" adlandırırlar. Bu gün Misurata əhalisinin 80% -i  / Koroğlu türkləri/ köləmənlərdən gəlir.
Misurata şəhərinin adı da Misirdən gələn məmmlüklərdən qaynaqlanır. Çərkəz dilindən tərcümədə "ataları Misirdən gələnlər" ("misir atah") deməkdir.
"Yeni Akit"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az