​“LAZIM GƏLSƏ, ÖLKƏDƏ HƏRBİ VƏZİYYƏT ELAN OLUNMALIDIR” – Müxalif partiya sədri

Baxış sayı:
1162

Koronavirus (COVİD-19) Azərbaycanda da yayılıb və hökumət bu pandemiyaya qarşı müxtəlif hazırlıq tədbirləri həyata keçirilib.

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenisabah.az-a açıqlama verib. O bildirib ki, hökumətin verdiyi tapşırıqlara ciddi əməl edilməlidir, əks halda Azərbaycanı daha çətin vəziyyət gözləyə bilər:
 
“Bizim milli və dini həyat tərzimiz koronavirus kimi xəstəlikdən qorunmağa kifayət edir. Çünki bilirsiniz ki, gündə 5 dəfə namaz qılınmalı, namazdan öncə əl-üzünü yumalısan. Ümumiyyətlə, ölkədə Prezident və Birinci vitse-prezidentin apardığı tədbirlər effektlidir. Mənə elə gəlir ki, hər bir vətəndaş buna əməl etməlidir. Bu məsələdə iqtidar-müxalifət qarşıdurması olmamalıdır.
 
Hamımız virusdan qorunmaq üçün səfərbər olmalıyıq. Məsələdən sui-istifadə edib siyasi predmentə çevirməməliyik. Bu pandemiya yalnız Azərbaycan xalqının birliyi ilə çıxıb gedə bilər. Hələlik digər Avropa ölkələrinə gedən proseslərlə müqayisədə Azərbaycan normal vəziyyətdədir. Amma bundan arxayın olmaq olmaz. Gözlənilmədən nəhəng partlayışlar ola bilər.
 
Sadəcə olaraq, tövsiyə edilən bütün sanitar tədbirlərin hamısına sözsüz əməl etmək lazımdır. Mümkün qədər ictimai toplantılardan uzaq olmaq lazımdır. Pandemiyalarda xəstələrin eqoizmi böyük rol oynayır. Bundan da qaçmaq lazımdır. Çalışmalıyıq ki, xəstələrin özü sağlamlıqlarını qorusun. “Xəstələr sağlamlığını qorusun” devizi altında təbliğat aparılmalıdır. Əgər hər hansı şəxs xəstəliyə tutulduğundan şübhəlidirsə, özü özünü təcrid etməlidir.
 
Mənə elə gəlir ki, havalar isindikcə vəziyyət yaxşılığa doğru dəyişəcək. Hökumətin tapşırdığı bütün qaydalara əməl etmək lazımdır. Heç kəs şıltaqlıq eləməsin. Məsələyə qeyri-ciddi yanaşmaq olmaz. Çünki elə nəticələr yaşanar ki, bütün Azərbaycan əhalisi yer üzündən silinə bilər. Hamı başa düşməlidir ki, çox adam xəstələnəcək, ölkənin tibbi imkanları onların hamısına yardım göstərməyə yetməyəcək. Yəni, əgər həkim və Lazım gəlsə, xalqın təhlükəsizliyi naminə ən kəskin qərarlar alınmalı, ölkədə hərbi vəziyyət elan olunmalıdır lazımi dərmanlar yoxdursa, xəstələr yalnız baxımsızlıqdan məhv olacaqlar.
 
Ona görə də mümkün qədər az adamın xəxtələnməsi lazımdır.. Maarifləndirmə işləri gücləndirilməli, məsələ ilə bağlı reklamlar verilməli, ictimai yerlərə elanlar yapışdırılmalıdır”.