"Kürd birləşmələrinin Türkiyə sərhədindən çəkilməsi başa çatıb" - Zaxarova

Baxış sayı:
289

Kürd «Xalq özünümüdafiə dəstələri»nin bundan əvvəl yerləşdikləri şimal-şərqi Suriya ərazilərindən çıxarılması prosesi başa çatıb. Hal-hazırda Moskva və Ankaranın Suriyada birgə fəaliyyəti davam edir. Bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bəyan edib. Rusiya XİN-də qeyd ediblər ki, işlər iki istiqamətdə davam etdirilir – hərbi fəaliyyətin dağıdıcı nəticələrinin aradan qaldırılması və «yerdə» humanitar vəziyyətin yaxşılaşdırılması. Zaxarovanın sözlərinə görə, birinci tapşırığın realladırılması üçün kürd üsyançıların Suriya-Türkiyə sərhədindən çəkilməsi həyata keçirilir. Bundan sonra ölkənin şimal-şərqində Rusiya-Türkiyə birgə patrul xidməti təşkil olunub. Rusiya XİN-də onu da bildiriblər ki, Ankaranın «Sülh bulağı» əməliyyatı rayonu perimetri üzrə «silahsızlaşdırılmış zona» yaradılıb və orada Rusiya-Türkiyə koordinasiya mərkəzi fəaliyyət göstərir.